Bakı. Trend:
BMT dünyanın ən az inkişaf etmiş 47 ölkəsinin siyahısını təqdim edib.
Trend-in məlumatına görə, siyahı Ticarət və İnkişaf üzrə BMT-nin Konfransının ən az inkişaf etmiş ölkələri üzrə hesabatında yer alıb.
Siyahıda, əsasən Afrika ölkələri, o cümlədən Anqola, Benin, Burkina-Faso, Burundi, Mərkəzi Afrika Respublikası, Çad, Konqo Demokratik Respublikası, Cibuti, Eritreya, Efiopiya, Qambiya, Madaqaskar, Mali, Sudan, Cənubi Sudan, Uqanda, Zambiya yer alıblar.
Siyahıya, həmçinin Okeaniya dövlətləri - Kiribati, Tuvalu, Vanuatu, Solomon Adaları da daxil ediliblər.
Asiya ölkələrindən siyahıda Əfqanıstan, Banqladeş, Kamboca, Laos, Myanma, Nepal, Yəmən və Butan yer alıblar.