...

Siciliyada bir avroya ev almaq olar

Dünya xəbərləri Materials 29 Noyabr 2019 07:10 (UTC +04:00)

Bakı.Trend:

İtaliyanın kiçik Bivona şəhərində (Siciliya) evlər bir avroya satılır.

Trend-in məlumatına görə, hal hazırda Bivona şəhərinin 4 min əhalisi var ki, bu da 40 il bundan öncə burda yaşayan əhali sayından iki dəfə azdır. Hökumat bu aksiyanın köməyi ilə yeni sakinləri Bivonaya cəlb etməyə çalışır.

Alınan evlərin istifadəsi ilə bağlı ciddi öhdəliklər mövcud deyil, onları istədikdə restoran, dükan və ya otel kimi istifadə etmək olar.

Bəzi binalar yaxşı vəziyyətdədir, lakin ciddi yenidənqurmaya ehtiyacı olanlar da var. Bir avro üçün bir ev alına bilər, yeganə şərt isə, alıcının aldığı evin təmirinə təxminən 2500 avro investisiya qoymasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti