...

Kollecdə yanğın nəticəsində ölənlərin sayı 10-a çatdı

Dünya xəbərləri Materials 8 Dekabr 2019 15:15 (UTC +04:00)
Ukraynanın Odesa şəhərində yerləşən İqtisadiyyat Kollecinin binasında baş verən yanğın nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb
Kollecdə yanğın nəticəsində ölənlərin sayı 10-a çatdı

Bakı. Trend:

Ukraynanın Odesa şəhərində yerləşən İqtisadiyyat Kollecinin binasında baş verən yanğın nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında dağıntıların altından daha iki nəfərin meyiti tapılıb.

Bildirilir ki, yanğında həmçinin 30 nəfər xəsarət alıb, onlardan 9-u hələdə xəstəxanada qalır.

Qeyd edək ki, Odesa şəhərində yerləşən İqtisadiyyat Kollecinin binasında yanğın dekabrın 5-i baş verib. Ölkə prezidenti Vladimir Zelenski dekabrın 8-ni milli matəm günü elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti