...

Pompeo və Lavrov Suriyadakı vəziyyətin nizamlanmasını müzakirə ediblər

Dünya xəbərləri Materials 10 Dekabr 2019 23:45 (UTC +04:00)
ABŞ dövlət katibi Mayk Pompeo və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib
Pompeo və Lavrov Suriyadakı vəziyyətin nizamlanmasını müzakirə ediblər

Bakı. Trend:

ABŞ dövlət katibi Mayk Pompeo və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, görüş zamanı tərəflər Suriyadakı vəziyyətin nizamlanmasını müzakirə ediblər.

Görüşün yekunları üzrə mətbuat konfransında M.Pompeo deyib: "Suriyada biz 2254 saylı qətnamənin tətbiq edilməsi üzərində işləyirik. Bu BMT-nin qətnaməsidir. Biz hərbi həll yolunun olmadığını hesab edirik və Suriya terrorçu qruplar və İŞİD üçün sığınacağa çevrilməməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti