Bakı. Trend:
ABŞ-ın Cersi-Siti şəhərində (Nyu-Cersi ştatı) atışma baş verib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, atışma zamanı biri polis əməkdaşı olmaqla 4 nəfər həlak olub.
Məlumata əsasən, atışma cinayətkarların qapandığı mağazada baş verib.
Bildirilir ki, polis əməkdaşları azı 2 cinayətkarı zərərsizləşdirməyi bacarıblar.