...

Abe və Tramp KXDR ətrafındakı vəziyyəti müzakirə ediblər

Dünya xəbərləri Materials 21 Dekabr 2019 22:16 (UTC +04:00)

Bakı. Trend:

Yaponiyanın baş naziri Şinzo Abe və ABŞ prezidenti Donald Tramp telefon danışığı zamanı Koreya Xalq Demokratik Respublikasının ətrafındakı vəziyyəti müzakirə ediblər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ş.Abe telefon danışığının yekunları üzrə jurnalistlərə açıqlamasında deyib.

Yaponiyanın baş naziri bildirib: "Biz Şimali Koreya ətrafındakı mövcud vəziyyəti təhlil və gələcək fəaliyyətlərimizi müzakirə etdik".

Ş.Abe həmçinin Phenyanın hazırkı siyasətini tənqid edib: "Nüvəsizləşdirilmə üzrə dialoq yolu ilə işləmək lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti