...

İranda dəm qazından ölənlərin sayı artıb

Dünya xəbərləri Materials 21 Yanvar 2020 14:09 (UTC +04:00)
Ən çox ölüm halları Tehran, Şərqi Azərbaycan və İsfahan vilayətlərində olub
İranda dəm qazından ölənlərin sayı artıb

Bakı. Elnur Bağışov - Trend:

İranda 9 ay (21 mart -21 dekabr 2019) dəm qazından həlak olanların sayının artdığı və soyuq hava şəraitinə görə İranın Tibbi Ekspertiza Təşkilatı xəbərdarlıq edib.

Trend-in xəbərinə görə, bu, İranın Tibbi Ekspertiza Təşkilatının informasiya portalının məlumatında öz əksini tapıb.

Bildirilir ki, 9 ay ərzində İranda 436 nəfər dəm qazı nəticəsində həlak olub. Bu isə ötən ilin analoji dövrü ilə (388 nəfər) müqayisədə 12,4% artımın olduğunu göstərir.

Məlumata əsasən, qeyd olunan müddətdə ən çox ölüm halları Tehran (84 nəfər), Şərqi Azərbaycan (43 nəfər) və İsfahan (39 nəfər) vilayətlərində olub.

Təşkilatın məlumatında bildirilir ki, payızda 214 nəfər dəm qazı nəticəsində dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti