...

Ərdoğandan ABŞ-a ultimatum

Dünya xəbərləri Materials 29 Yanvar 2020 16:00 (UTC +04:00)
ABŞ ya Türkiyəyə F-35 qırıcılarını verməli, ya da pulu qaytarmalıdır.
Ərdoğandan ABŞ-a ultimatum

Bakı. Trend:

ABŞ ya Türkiyəyə F-35 qırıcılarını verməli, ya da pulu qaytarmalıdır.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O əlavə edib ki, əks halda təyyarələr başqa yerdən alınacaq:

“Onlar ya təyyarələri göndərməli, ya da pulu qaytarmalıdır. Heç biri olmasa, başqa yerdən alacağıq. Ya da özümüz istehsal edəcəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti