...

Türkiyədə mikroavtobus yük maşını ilə toqquşub - Yaralılar var

Dünya xəbərləri Materials 22 Fevral 2020 06:28 (UTC +04:00)
Türkiyənin Aksaray şəhərində mikroavtobus yük maşını ilə toqquşub
Türkiyədə mikroavtobus yük maşını ilə toqquşub - Yaralılar var

Bakı. Trend:

Türkiyənin Aksaray şəhərində mikroavtobus yük maşını ilə toqquşub.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, qəza Aksaray-Ankara avtomobil yolunun 3-cü kilometrində baş verib.

Məlumata əsasən, qəza nəticəsində 13 nəfər xəsarət alıb. Hadisə yerinə təcili yardım briqadaları və xilasedicilər cəlb edilib.

Bildirilir ki, xəsarət alanlar xəstəxanaya çatdırılıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Qəza ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti