...

Almaniya kansleri karantinə alınır

Dünya xəbərləri Materials 22 Mart 2020 22:57 (UTC +04:00)
Almaniya Kansleri Angela Merkel ev karantininə alınır
Almaniya kansleri karantinə alınır

Bakı. Trend:

Almaniya Kansleri Angela Merkel ev karantininə alınır.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Zaybert deyib.

Ş.Zaybert bildirib: "Bu gün mətbuat qarşısında çıxışından sonra Kanslerə bildirilib ki, cümə günü onunla təmasda olan həkimin koronavirus testinin cavabı müsbət çıxıb".

Onun sözlərinə görə, Kansler təcili olaraq ev karantininə yollanmağı qərara alıb.

Rəsmi nümayəndə əlavə edib ki, A.Merkel öz xidməti vəzifələrini evdən həyata keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti