...

Abe: Olimpiya Oyunlarının təxirə salınması mümkündür

Dünya xəbərləri Materials 23 Mart 2020 09:38 (UTC +04:00)
Tokioda Yay Olimpiya Oyunlarının tam formatda keçirilməsi mümkün olmazsa, Oyunlar təxirə salına bilər
Abe: Olimpiya Oyunlarının təxirə salınması mümkündür

Bakı. Trend:

Tokioda Yay Olimpiya Oyunlarının tam formatda keçirilməsi mümkün olmazsa, Oyunlar təxirə salına bilər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə parlamentdə çıxışı zamanı Yaponiyanın baş naziri Şinzo Abe bildirib.

Onun sözlərinə görə, Beynəlxalq Olimpiya Komitəsi (BOK) Olimpiya Oyunlarının tam formatda keçirilməsinin tərəfdarıdır: "Əgər bu mümkün olmazsa, Olimpiya Oyunlarının təxirə salınması barədə qərar qəbul edilməlidir, çünki biz ilk növbədə idmançıları düşünməliyik".

Ş.Abe vurğulayıb ki, Olimpiya Oyunlarının keçirilməsi barədə qərarı BOK qəbul edir və hazırkı mərhələdə Oyunların təxirə salınması gündəmdə deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti