Bakı. Trend:
Böyük Britaniya şahzadəsi, taxt-tacın varisi Çarlz koronavirusa yoluxub.
Trend-in məlumatına görə, bunu Bukingem sarayının rəsmi nümayəndəsi bildirib.
Qeyd olunur ki, 71 yaşlı şahzadənin vəziyyəti yaxşıdır. Lakin Çarlzın həyat yoldaşında virus aşkar edilməyib.
Qeyd edək ki, bu günədək Böyük Britaniyada 8 077 nəfər virusa yoluxub, 422 nəfər vəfat edib.