...

Fransada koronavirusa yoluxma hallarının sayı 33 minə çatıb

Dünya xəbərləri Materials 28 Mart 2020 03:34 (UTC +04:00)
Epidemiyanın əvvəlindən Fransada koronavirusla yoluxma hallarının sayı sutka ərzind 3809 nəfər artaraq 32,9 min nəfərə çatıb, 1.9 min nəfər ölüb
Fransada koronavirusa yoluxma hallarının sayı 33 minə çatıb

Bakı. Trend:

Epidemiyanın əvvəlindən Fransada koronavirusla yoluxma hallarının sayı sutka ərzind 3809 nəfər artaraq 32,9 min nəfərə çatıb, 1.9 min nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə mətbuat konfransında ölkənin səhiyyə idarəsinin baş direktoru Jerom Salomon bildirib.

J.Salomon deyib ki, testlərin nəticələrinə görə, bu günə qədər Fransada 32 964 koronavirusla yoluxma halı təsdiqlənib:

"Ölənlərin ümumi sayı 1.995 nəfərə çatıb, yəni 299 nəfər son 24 saat ərzində".

Beləliklə, son 24 saat ərzində 3,8 min yeni yoluxma faktı qeydə alınıb. Ölüm hallarına gəldikdə, 85% hallarda söhbət yaşlı insanlar haqqında gedir, martın 16-dan 22-dək Milli Statistika İnstitutunun (İnsee) məlumatına görə, ölüm halları 6% təşkil edib.

Onun sözlərinə görə, hazırda 15,7 mindən çox insan xəstəxanalardadır, onlardan 3,8 min nəfərinin vəziyyəti ağırdır. Eyni zamanda 5.7 min insan sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti