...

İtaliyada koronavirusdan ölənlərin sayı 14 minə yaxındır

Dünya xəbərləri Materials 3 Aprel 2020 02:15 (UTC +04:00)
İtaliyada koronavirusdan ölənlərin sayı 14 minə yaxındır

Bakı. Trend:

İtaliyada son sutka ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 760 nəfər dünyasını dəyişib, ölənlərin ümumi sayı 13 915 nəfərə çatıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ölkənin Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrelli deyib.

A.Borrelli bildirib: " Hazırda koronavirusa yoluxanların sayı 80 049 nəfər təşkil edir".

Onun sözlərinə görə, yoluxan şəxslərdən 4 053 nəfəri intensiv terapiya bölməsində, 28 540 nəfəri xəstəxanalarda, digərləri isə ev rejimində qalır.

Departament rəhbəri qeyd edib ki, ötən sutka ərzində 1 431 nəfər sağalıb, ümumilikdə sağalanların sayı 18 278 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti