...

"Liverpul" və "Barselona" Diyeqo Karlos ilə maraqlanırlar

Dünya xəbərləri Materials 11 Aprel 2020 05:51 (UTC +04:00)
İspaniyanın "Sevilya" futbol klubunun müdafiəçisi Diyeqo Karlos "Liverpul" və ya "Barselona"ya keçə bilər
"Liverpul" və "Barselona" Diyeqo Karlos ilə maraqlanırlar

Bakı. Trend:

İspaniyanın "Sevilya" futbol klubunun müdafiəçisi Diyeqo Karlos "Liverpul" və ya "Barselona"ya keçə bilər.

Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə "Gazeta.ru"ya xəbər verir.

Məlumata əsasən, "Sevilya" braziliyalını satmaq niyyətində deyil. Qeyd edilir ki, futbolçunun müqaviləsində 75 milyon avro məbləği qeyd edilib, lakin "Barselona" bu məbləği ödəməyə hazır deyil.

"Barselona" transfer müqaviləsinə İvan Rakitiçi də daxil etməyi planlaşdırır.

Qeyd edək ki, D.Karlos cari mövsümdə "Sevilya"nın heyətində 25 oyun keçirib və iki qol vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti