...

“The Beatles” qrupunun əlyazması 910 min dollara satılıb (FOTO)

Dünya xəbərləri Materials 11 Aprel 2020 10:59 (UTC +04:00)
“The Beatles” qrupunun “Hey Jude” mahnısının əlyazması ABŞ-da hərracda 910 min dollara satılıb
“The Beatles” qrupunun əlyazması 910 min dollara satılıb (FOTO)

Bakı. Trend:

“The Beatles” qrupunun “Hey Jude” mahnısının əlyazması ABŞ-da hərracda 910 min dollara satılıb.

Trend-in məlumatına görə, bu barədə hərrac evinin “Twitter” səhifəsində yazılıb.

“Hey Jude” mahnısı sözləri qrup üzvü Pol Makkartni tərəfindən 1968-ci ildə qara flomasterlə yazılıb. Mahnı 1969-cu ildə bir neçə nominasiya üzrə “Qremmi” mükafatına namizəd olub.

Əlyazmanın ilkin qiyməti 160-180 dollar məbləğində qiymətləndirilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti