...

İspaniyada gün ərzində koronavirusa yoluxanların sayı azalıb

Dünya xəbərləri Materials 13 Aprel 2020 15:07 (UTC +04:00)
İspaniyada martın 20-dən bəri ilk dəfə koronavirusa yoluxma və ölüm hallarında azalma qeydə alınıb
İspaniyada gün ərzində koronavirusa yoluxanların sayı azalıb

Bakı. Trend:

İspaniyada martın 20-dən bəri ilk dəfə koronavirusa yoluxma və ölüm hallarında azalma qeydə alınıb.

Trend-in məlumatına görə, son sutka ərazində ölkədə 3 477 nəfər virusa yoluxub, 517 nəfər isə həyatını itirib.

Ümumilikdə bu günədək ölkədə 169 mindən çox yoluxma qeydə alınıb, 17 489 nəfər vəfat edib, 64 727 xəstə sağalıb.

Ölkə ərazisində ən çox ölüm halı aprelin 1-də qeydə alınıb. Həmin gün 950 nəfər virusun qurbanı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti