...

Çində özünütəcriddən çıxan sakinlər lüks əşyalara 3 milyon dollara yaxın pul xərclədi

Dünya xəbərləri Materials 15 Aprel 2020 15:22 (UTC +04:00)

Bakı. Trend:

Çinin Quançjou şəhərində özünütəcrid rejimi başa çatdıqdan sonrakı ilk gün ərzində çinlilər lüks əşyalara 3 milyon dollara yaxın vəsait xərcləyib.

Trend-in məlumatına görə, sakinlər brilyantlarla bəzədilmiş çantalar, dəri məmulatları, lüks qab-qacaq və mebel əldə edib.

"Hermes" lüks əşyalar mağazası bir günə 2,7 milyon dollar gəlir əldə edib.

Qeyd edək ki, aprelin əvvəlindən başlayaraq Çinin müxtəlif şəhərlərində özünütəcrid rejimi aradan qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti