...

Kanadada koronavirusa yoluxanların sayı 45 mini ötüb

Dünya xəbərləri Materials 26 Aprel 2020 08:35 (UTC +04:00)
Kanadada sutka ərzində koronavirusa yoluxanların sayı 1466 nəfər artaraq 45 354 nəfərə çatıb
Kanadada koronavirusa yoluxanların sayı 45 mini ötüb

Bakı. Trend:

Kanadada sutka ərzində koronavirusa yoluxanların sayı 1466 nəfər artaraq 45 354 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi xəbər verib.

Ölkədə yoluxanların sayının artım tempi yavaşlayıb, aprelin 26-da 1 778 nəfər koronavirusa yoluxub. Ən çox yoluxma halları Kvebek (23,267), Ontario (13,995) və Alberta (4,233) əyalətlərində aşkar edilib.

Koronavirusa yoluxma ilə bağlı testdən 684,2 min nəfər keçib, daha əvvəl xəstələnənlərin 16,4 min nəfəri sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti