...

Koronavirusun 10 yarımtipi müəyyən edilib

Dünya xəbərləri Materials 29 Aprel 2020 12:56 (UTC +04:00)
Hindistan alimləri koronavirusun 10 yarımtipini müəyyən edib
Koronavirusun 10 yarımtipi müəyyən edilib

Bakı. Trend:

Hindistan alimləri koronavirusun 10 yarımtipini müəyyən edib.

Trend-in məlumatına görə, tədqiqat Hindistanın Biotibb Genomika Milli İnstitutunun mütəxəssisləri tərəfindən aparılıb.

Tədqiqat nəticəsində dörd ay ərzində O tipi koronavirusdan 10 müxtəlif yarımtip mutasiya edib. Alimlərin fikrincə, O tipi koronavirus ötən ilin sonundan Uhanda yayılmış virus tipidir.

10 yarımtip arasında ən güclüsü A2a tipi koronavirus hesab olunub. Bu növ insanın boğazına daha sürətlə daxil olur və xəstənin dərhal yoluxmasına səbəb olur. Məhz bu yarımtip sayəsində koronavirusun dünyada sürətlə yayılması mümkün olub.

Qeyd edək ki, bu günədək dünyada 3,1 milyondan çox şəxs koronavirusa yoluxub. Onlardan 218 mindən çoxu ölüb, 961 mindən çox xəstə sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti