...

Ermənistanda koronavirusa yoluxanların sayı 3 392 nəfərə çatıb

Dünya xəbərləri Materials 11 May 2020 11:06 (UTC +04:00)
Ermənistanda koronavirusa yoluxanların sayı 3 392 nəfərə çatıb

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 3 392 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 79 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, son iki gün ərzində 3 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 46 nəfər koronavirusun qurbanı olub, 1 970 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə mayın 14-dək fövqəladə vəziyyət elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti