...

Avropada karantin rejimi ilk bu ölkədə başa çatdı

Dünya xəbərləri Materials 15 May 2020 13:06 (UTC +04:00)
Avropada karantin rejimi ilk bu ölkədə başa çatdı

Bakı. Trend:

Sloveniya koronavirus pandemiyası ilə əlaqədar karantin rejimini başa çatdıran ilk Avropa ölkəsi olub.

Trend-in məlumatına görə, ölkə hökuməti ötən gecədən etibarən epidemiyanın başa çatdığını elan edib.

Qeyd olunur ki, son iki həftə ərzində Sloveniyada yoluxanların sayı gündə 7 nəfərdən çox olmayıb.

Bu gündən etibarən Sloveniyaya gələnlərin karantinə alınması dayandırılır.

Qeyd edək ki, bu günə qədər Sloveniyada 1 464 nəfər virusa yoluxub, 103 nəfər ölüb, 322 nəfərin isə müalicəsi davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti