...

Belçikada koronavirusdan ölənlərin sayı 9 mini ötüb

Dünya xəbərləri Materials 17 May 2020 23:05 (UTC +04:00)
Belçikada koronavirusdan ölənlərin sayı 9 mini ötüb

Bakı. Trend:

Belçikada yeni növ koronavirusdan ölənlərin sayı 9 min nəfəri ötüb.

Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkə ərazisində 55 min nəfərdə koronavirus aşkarlanıb. Onlardan 14 min nəfəri sağalıb.

Qeyd edək ki, martın 14-dən Belçika karantin rejimi tətbiq edilib: təhsil, mədəniyyət və ictimai müəssisələr bağlanıb. Həmçinin kütləvi tədbirlər qadağan edilib və sərhədlər bağlanıb. Mayın 4-dən ölkədə məhdudiyyətlər tədricən ləğv edilməyə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti