...

Fransada karantindən sonra açılan 50-dən çox məktəb yenidən bağlandı

Dünya xəbərləri Materials 18 May 2020 12:12 (UTC +04:00)
Fransanın bir neçə regionunda koronavirusa yoluxma halları ilə əlaqədar 50-dən çox məktəb yenidən bağlanıb
Fransada karantindən sonra açılan 50-dən çox məktəb yenidən bağlandı

Bakı. Trend:

Fransanın bir neçə regionunda koronavirusa yoluxma halları ilə əlaqədar 50-dən çox məktəb yenidən bağlanıb.

Trend-in məlumatına görə, Nitsa şəhərində məktəblərdən biri 11 yaşlı şagirdin koronavirus testi müsbət nəticə verdikdən sonra bağlanıb.

Bundan başqa, Puatu-Şaranta regionunda, Dordon departamentində onlarla məktəb fəaliyyətini dayandırıb.

Qeyd edək ki, Fransada məktəblər mayın 11-dən etibarən mərhələli şəkildə və müəyyən məhdudiyyətlərlə açılmağa balşayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti