...

Banqladeş 2 milyon sakini təxliyə edir - Dağıdıcı qasırğa yaxınlaşır

Dünya xəbərləri Materials 19 May 2020 16:01 (UTC +04:00)
Banqladeş 2 milyon sakini təxliyə edir - Dağıdıcı qasırğa yaxınlaşır

Bakı. Trend:

Banqladeş hökuməti ölkəyə yaxınlaşmaqda olan “Ampan” qasırğası ilə əlaqədar 2 milyona yaxın sakinin təxliyəsinə başlayıb.

Trend-in məlumatına görə, təxliyə olunan sakinlər üçün müxtəlif bölgələrdə 13 mindən çox sığınacaq hazırlanıb.

Ötən həftəsonu Benqal körfəzi üzərində formalaşmış “Ampan” qasırğasının mayın 20-də günorta saatlarında Banqladeş və Hindistan sahillərinə çatacağı gözlənilir. Qasırğanın sürəti saatda 245 kilometrədək çata bilər.

Bununla əlaqədar olaraq Banqladeşin bir sıra limanlarında yüksək təhlükə səviyyəsi elan olunub.

Mütəxəssislər bu qasırğanın ciddi fəsadlar törədə biləcəyini proqnozlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti