...

Qırğızıstanda koronavirusa yoluxanların sayı 1 200 nəfəri ötüb

Dünya xəbərləri Materials 20 May 2020 08:45 (UTC +04:00)
Qırğızıstanda koronavirusa yoluxanların sayı 1 200 nəfəri ötüb

Bakı. Trend:

Qırğızıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 27 nəfər yoluxub.

Trend-in "Kabar"a istinadən verdiyi məlumata görə, bunu brifinq zamanı ölkənin səhiyyə nazirinin müavini Nurbolot Usenbayev deyib.

Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 207 nəfərə çatıb.

N.Usanbayev qeyd edib ki, ötən gün həmçinin 12 nəfər koronavirusdan sağalaraq evə buraxılıb. Ümumilikdə ölkədə 910 nəfər koronavirusdan sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti