Bakı. Trend:
Pakistanın Kəraçi şəhərində qəzaya uğramış sərnişin təyyarəsində azı 2 nəfər sağ qalıb.
Trend-in məlumatına görə, hadisə yerində axtarış-xilasetmə işləri davam edir.
Qeyd edək ki, qəzaya uğrayan təyyarədə 98 sərnişin və heyət üzvü olub.
Lahordan Kəraçiyə daxili reys yerinə yetirən sərnişin təyyarəsi Kəraçi hava limanı yaxınlığında qəzaya uğrayıb.
Hadisə təyyarənin eniş etməsinə az qalmış baş verib.