...

Tramp üç aylıq maaşını COVİD-19-a qarşı dərmanın hazırlanmasına ianə edib

Dünya xəbərləri Materials 23 May 2020 07:18 (UTC +04:00)
Tramp üç aylıq maaşını COVİD-19-a qarşı dərmanın hazırlanmasına ianə edib

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp üç aylıq əməkhaqqı məbləğini yeni növ koronavirusa (COVİD-19) qarşı dərmanın hazırlanmasına ianə edib.

Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, D.Trampın sözlərinə görə, o, vaksinin hazırlanmasına 100 min dollar ayırıb.

ABŞ prezidenti bildirib ki, ianə edilən vəsait koronavirusun müalicəsi və qarşısının alınması üçün yeni dərmanların hazırlanması istiqamətində davam edən səyləri dəstəkləmək üçün Səhiyyə Nazirliyinə və sosial xidmətlərə göndərilib.

Qeyd edək ki, daha əvvəl D.Tramp 2019-cu ilin 4-cü rübü üzrə əməkhaqqı məbləğini də koronavirusla mübarizəyə bağışlamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti