...

Ermənistanda koronavirusa yoluxanların sayı 7 774 nəfərə çatıb

Dünya xəbərləri Materials 27 May 2020 11:15 (UTC +04:00)
Ermənistanda koronavirusa yoluxanların sayı 7 774 nəfərə çatıb

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 7 774 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 372 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 7 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 98 nəfər koronavirusdan ölüb, 43 777 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti