...

Rusiyada yaşayış evi yanıb: 4 nəfər ölüb

Dünya xəbərləri Materials 6 İyun 2020 05:31 (UTC +04:00)
Rusiyada yaşayış evi yanıb: 4 nəfər ölüb

Bakı. Trend:

Rusiyanın İrkutsk vilayətinin Ziminsk rayonunda yaşayış evi yanıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə rayonun meri Natalya Nikitina bildirib.

Onun sözlərinə görə, yanğın nəticəsində 4 uşaq və onların atası ölüb, anaları isə xəsarət alıb. Xəsarət alan qadın hazırda xəstəxanadadır.

N.Nikitina bildirib ki, yanğının səbəbi müəyyənləşdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti