Bakı. Trend:
Qırğızıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 87 nəfər yoluxub.
Trend-in "Kabar"a istinadən verdiyi məlumata görə, bunu brifinq zamanı ölkənin Səhiyyə nazirinin müavini Nurbolot Usenbayev deyib.
Onun sözlərinə görə, ölkədə infeksiyaya yoluxanların ümumi sayı 2 372 nəfərə çatıb.
Nazir müavini qeyd edib ki, ötən gün koronavirusdan 22 nəfər sağalıb, sağalananların ümumi sayı 1 813 nəfərdir.