...

Çin və Hindistan əsgərləri arasında atışma olub - Ölənlər var

Dünya xəbərləri Materials 16 İyun 2020 12:47 (UTC +04:00)
Çin və Hindistan əsgərləri arasında atışma olub - Ölənlər var

Bakı. Trend:

Çinlə Hindistan sərhədində, Kəşmir bölgəsinin Ladakh şəhəri yaxınlığında iki ölkənin əsgərləri arasında atışma baş verib.

Trend-in məlumatına görə, atışma nəticəsində üç Hindistan əsgəri həlak olub. Çin tərəfdən hər hansı bir itkinin olmadığı deyilir.

Qeyd olunur ki, insident hindistanlı hərbçilərin mübahisəli bölgədə sərhədi keçməsindən sonra başlayıb.

Hər iki ölkə nümayəndələri vəziyyətlə bağlı hərbi rəsmilər arasında danışıqlar aparıldığını deyib.

Bir müddət əvvəl Hindistan Çini bölgəyə hərbi dəstə göndərməkdə ittiham etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti