Bakı. Trend:
Polşa öz ərazisində daha çox ABŞ hərbçisini qəbul etməyə hazırdır.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Ağ Evdə ABŞ prezidenti Donald Tramp ilə mətbuat konfransı zamanı Polşa prezidenti Andjey Duda deyib.
A.Duda bildirib: "ABŞ qüvvələrinin Avropadan çıxarılmaması üçün prezidentə müraciət etdiyimi gizlətməyəcəyəm. II Dünya Müharibəsi başa çatdıqdan sonra ABŞ-ın Avropada olması - təhlükəsizliyin zəmanətidir".
Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp ölkəsinin Almaniyada yerləşdirilmiş hərbçilərinin bir hissəsini Polşa ərazisinə göndərəcəyini bildirib.