...

Rusiyada koronavirusa yoluxanların sayı açıqlanıb

Dünya xəbərləri Materials 27 İyun 2020 12:02 (UTC +04:00)

Bakı. Trend:

Rusiyada koronavirusa yoluxanların sayı artır.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 6 852 nəfər virusa yoluxub, 188 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 627 646 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 8 969 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 393 352 nəfər virusdan sağalıb, 225 325 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti