...

Hindistanda yerli koronavirus vaksininin sınaqları başlayır

Dünya xəbərləri Materials 3 İyul 2020 20:46 (UTC +04:00)

Bakı. Trend:

Hindistanda koronavirus vaksininin kliniki sınaqları başlayır.

Trend-in məlumatına görə, yerli vaksin Puna şəhərində Milli Virusologiya İnstitutunda əldə olunmuş ştammın istifadəsi ilə əldə edilib. Sınaqlar Hindistan Tibbi Tədqiqatlar Şurası və "Bharat Biotech International" şirkiəti tərəfində birgə keçiriləcək.

Sürətləndirilmiş sınaqlar 12 elmi-tibbi müəssisədə aparılacaq. Həmin vaksinin avqustun ortalarından etibarən satışa çıxarılması planlaşdırılır.

Qeyd edək ki, son sutka ərzində Hindistanda 20 mindən çox koronavirusa yoluxma qeydə alınıb. Bu günədək ölkədə 625 mindən çox şəxs virusa yoluxub, ölənlərin sayı 18 min nəfəri keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti