...

Parisdə yanğın olub - Ölən var

Dünya xəbərləri Materials 4 İyul 2020 10:47 (UTC +04:00)
Parisdə yanğın olub - Ölən var

Bakı. Trend:

Fransanın paytaxtı Parisin mərkəzində yaşayış evində güclü yanğın baş verib.

Trend-in məlumatına görə, yanğın dördüncü mərtəbədə mənzillərin birində başlayıb. Hadisə nəticəsində 1 nəfər həlak olub.

Binadan 18 nəfər təxliyə olunub. Yanğının söndürülməsi üçün 130 yanğınsöndürən iştirak edib.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti