...

Çində ötən sutka koronavirusdan ölüm halı qeydə alınmayıb

Dünya xəbərləri Materials 9 İyul 2020 07:47 (UTC +04:00)
Çində ötən sutka koronavirusdan ölüm halı qeydə alınmayıb

Bakı. Trend:

Çində ötən sutka ərzində 9 nəfərdə yeni növ koronavirusun aktiv forması aşkarlanıb.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, yeni yoluxma hallarının hamısı xaricdən gələn vətəndaşlarda qeydə alınıb.

Bildirilir ki, ötən sutka ərzində 6 nəfərdə simptomsuz koronavirus aşkarlanıb. Simptomsuz koronavirus daşıyıcıları həkimlərin nəzarəti altında saxlanılır.

Qeyd edilir ki, son sutka ərzində Çində koronavirusdan ölüm halı qeydə alınmayıb. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 83 581 nəfərə çatıb, ölənlərin sayı isə 4 634 nəfər səviyyəsində qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti