Bakı. Trend:
Perunun cənubun hissəsində 5,0 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, bu barədə ölkənin Seysmoloji mərkəzi bildirib.
Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 14:45-də Karaveli vilayətində (Arekipa bölgəsi) baş verib. Yeraltı təkanların ocağı 34 kilometr dərinlikdə olub.
Xəsarət alanlar və ya dağıntılar barədə məlumat verilməyib.