...

Əlcəzairdə koronavirus səbəbiylə komendant saatı uzadılır

Dünya xəbərləri Materials 27 İyul 2020 03:10 (UTC +04:00)

Bakı. Trend:

Əlcəzair hakimiyyəti koronavirusla əlaqəli məhdudlaşdırıcı tədbirləri ölkənin 48 əyalətindən 29-da 15 gün müddətinə uzadıb.

Trend-in Qazeta.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə Baş nazir Abdelaziz Cerradın katibliyinin kommünikesində deyilir.

Komendant saatının uzadılması Adrar, Əlcəzair, Annaba, Batna, Becaya, Beşar, Biskra, Blida, Bordc-bu-Arreridc, Buira, Bumerdes, Jelfa, Konstantin, Laquat, Maskara, Medea, Msila, Oran, Relizan, Setif, Sidibel-Abbes, Suk-Ahras, Tipaza, Tissemsilt, Uargla, Um-el-Buaqi, Henşela, Şlef və El-Ued əyalətlərində tətbiq ediləcək.

Bu əyalətlərdə ictimai və yük nəqliyyat vasitələri istisna olmaqla şəxsi nəqliyyat vasitələrinin hərəkatı, əyalətlərə giriş və çıxışı qadağası davam etdirilir. ərnişin və yük daşımalarına icazə verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti