...

Moskvada azərbaycanlılarla qarşıdurmada iştirak etmiş beş erməni həbs edilib

Dünya xəbərləri Materials 27 İyul 2020 22:25 (UTC +04:00)
Moskvada azərbaycanlılarla qarşıdurmada iştirak etmiş beş erməni həbs edilib

Bakı. Trend:

Rusiyanın paytaxtının Nikulinsk məhkəməsi Moskvanın müxtəlif yerlərində kütləvi münaqişələrdə iştiraka görə 4 erməninin həbsi barədə qərar verib.

Trend-in məlumatına görə, bu barədə "TASS"a məhkəmənin mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: "Nikulinsk məhkəməsi beş nəfər üçün həbs qətimkan tədbiri seçib. Bunlar Nikoyan Artak, Apreyan Arsen, Apreyan Armen, Nikoyan Seyran, Petrosyan Argişt adlı şəxslərdir. Onların hamısı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 213 maddəsinin 2-ci hissəsi üzrə ittiham olunurlar".

Bundan əlavə, Nikulinsk məhkəməsində hazırda Narek Petrosyan və Razmik Saakyanın həbsi ilə bağlı işə baxılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti