...

Braziliyanın birinci xanımı koronavirusa yoluxub

Dünya xəbərləri Materials 31 İyul 2020 05:13 (UTC +04:00)
Braziliyanın birinci xanımı koronavirusa yoluxub

Bakı. Trend:

Braziliya prezidenti Jair Bolsonarunun həyat yoldaşı Mişel Bolsonaru yeni növ koronavirusa yoluxub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Braziliya prezidentinin mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: "Mişel Bolsonaru iyulun 30-u koronavirus testindən keçib, testin nəticəsi müsbət olub. Birinci xanım prezident administrasiyasının tibb işçilərinin nəzarəti altında olacaq".

Xatırladaq ki, daha əvvəl yeni növ koronavirusa Braziliya prezidenti Jair Bolsonaru yoluxmuşdu. J.Bolsonaru iyulun 7-si koronavirusdan sağaldığını bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti