Bakı. Elnur Bağışov - Trend:
İranda indiyədək 290 244 nəfər koronavirusdan (COVID-19) sağalıb.
Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, İranda ötən sutka ərzində 1 624 nəfər bu virusdan sağalıb.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 188 nəfərin koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 18 988 nəfərə çatıb.
Sadat Lari əlavə edib ki, ötən sutka ərzində İranda 2 510 nəfər koronavirusa yoluxub. Bununla İranda bu virusa yoluxanların sayı 333 699 nəfərə çatıb. Virus daşıyıcılarından 3 940 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Sadat Lari qeyd edib ki, İranın Mazandaran, Tehran, Qum, Gülüstan, Şimali Xorasan, Ərdəbil, İsfahan, Əlborz, Rəzəvi Xorasanı, Kirman, Simnan, Şərqi Azərbaycan, Mərkəzi, Yəzd və Gilan vilayətləri qırmızı zonalar hesab olunurlar.
İranda indiyədək 2,76 milyondan çox diaqnoz testi həyata keçirilib.