Bakı. Trend:
Avropa İttifaqı ölkələri yeni koronavirusun (COVID-19) səbəb oluğunu xəstəliyin pandemiyası ilə mübarizə aparmaq üçün Venesuelaya 82,5 ton tibbi vasitə gondərib.
Trend-in məlumatına görə, bu barədə ölkənin Xarici İşlər Naziri Xorxe Arreasa öz "Twitter" səhifəsində bildirib.
X.Arrea yazıb: "COVID-19 ilə mübarizə aparmaq üçün bu gün Xarici İşlər Nazirliyi və Səhiyyə Nazirliyi ilə razılaşdırılmış şəkildə alınan 82,5 ton tibbi vasitəyə görə Avropa İttifaqına, İspaniya və Portuqaliyaya təşəkkür edirik".
Onun sözlərinə görə, pandemiya başlayandan bəri Venesuela "dost ölkələr və beynəlxalq təşkilatlardan" 1500 ton humanitar yardım alıb.