...

Moldovada prezident seçkiləri kampaniyası başlanır

Dünya xəbərləri Materials 25 Avqust 2020 06:49 (UTC +04:00)

Bakı. Trend:

Noyabrın 1-də Moldovada prezident seçkiləri keçiriləcək.

Trend-in məlumatına görə, ölkədə prezident seçkiləri kampaniyasına sentyabrın 1-dən başlanılır. Otuz gün ərzində namizədlər qeydiyyata alınacaq və təşviqat aparacaqlar.

Bütün ictimai rəy sorğularına görə, seçki kampaniyasının favoriti hazırda Prezident İqor Dodondur. Moldova Respublikası Sosialistlər Partiyası artıq onun dəstəkləməsini bildirib. İqor Dodon deyib ki, ikinci müddətə namizədliyinin irəli sürülməsi barədə qərarı 1-10 sentyabr tarixlərində qəbul etməyi planlaşdırır.

Onun əsas rəqibi 2016-cı ildə məğlub olan Avropa yönlü fəaliyyət və həmrəylik partiyasının lideri Maya Sandudur. Daha sonra reytinqdə dörd il əvvəl sağ qüvvələrdən vahid namizəd M.Sandunun lehinə seçkilərdə iştirak etməkdən imtina edən “Ləyaqət və həqiqət platforması” partiyasının sədri Andrey Nestase gəlir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti