...

Yaponiyanın Baş nazirinin bu gün istefa verməsi gözlənilir

Dünya xəbərləri Materials 28 Avqust 2020 10:45 (UTC +04:00)
Yaponiyanın Baş nazirinin bu gün istefa verməsi gözlənilir

Bakı. Trend:

Yaponiyanın Baş naziri Sinzo Abenin bu gün istefa verməsi gözlənilir.

Trend-in məlumatına görə, bu barədə baş nazirə yaxın mənbələr bildirib.

Qeyd olunur ki, S.Abenin istefa qərarı onun xroniki kolit xəstəliyindən əziyyət çəkməsi ilə əlaqədardır. Nazirin bu gün keçirəcəyi mətbuat konfransında istefa qərarını açıqlayacağı gözlənilir.

2012-ci ildən Yaponiyanın baş naziri işləyən Sinzo Abe bu vəzifədə ən uzun müddət xidmət etmiş şəxs olub. Onun nazirlik səlahiyyətləri 2021-ci ilin sentyabrında başa çatmalı idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti