...

Hindistan beynəlxalq uçuş qadağasını sentyabrın 30-dək uzadıb

Dünya xəbərləri Materials 31 Avqust 2020 15:42 (UTC +04:00)
Hindistan beynəlxalq uçuş qadağasını sentyabrın 30-dək uzadıb

Bakı. Trend:

Hindistan koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunmuş beynəlxalq uçuş qadağasını sentyabrın 30-dək uzadıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Mülki Aviasiya Baş İdarəsi qərar verib.

Bu qadağa yük daşımalarına xüsusi icazəsi olan reyslərə şamil olunmayacaq.

Hindistanda beynəlxalq uçuşlar martın 23-dən qadağan edilib. Əvvəlcə qadağa mayın 25-də tətbiq edilsə də, daha sonra bu müddət bir neçə dəfə uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti