...

Daha iki şirkət koronavirus vaksininin sınaqlarına başlayır

Dünya xəbərləri Materials 4 Sentyabr 2020 00:59 (UTC +04:00)
Daha iki şirkət koronavirus vaksininin sınaqlarına başlayır

Bakı. Trend:

Böyük Britaniyanın GSK və Fransanın “Sanofi” əczaçılıq şirkətləri koronavirus vaksininin kliniki sınaqlarına başladıqlarını elan edib.

Trend-in məlumatına görə, sınaqlar çərçivəsində ABŞ-ın 11 şəhərində 440 nəfər peyvəndlənəcək.

Şirkətlər sınaqların nəticələrinin dekabr ayınadək məlum olacağını bildirib. Bu nəticələr uğurlu olacağı təqdirdə ilin sonunadək sınaqların növbəti mərhələsi başlayacaq.

Qeyd edək ki, hazırda dünyada 20-yə yaxın şirkət vaksin sınaqlarını keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti