...

Rusiyada son sutkada 160 nəfər koronavirusdan ölüb

Dünya xəbərləri Materials 22 Sentyabr 2020 12:30 (UTC +04:00)
Rusiyada son sutkada 160 nəfər koronavirusdan ölüb

Bakı. Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 1,1 milyon nəfəri keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 6 215 nəfər virusa yoluxub, 160 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 1 115 810 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 19 649 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 917 949 nəfər virusdan sağalıb, 178 212 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti