Bakı. Trend:
Paramuşir adasında (Şimali Kuril adaların, Saxalin əyaləti) yerləşən Ebeko vulkanı tüstü püskürüb.
Trend-in məlumatına görə, tüstünün hündürlüyü 3,8 kilometrə çatır. Tüstü cənubi-qərb istiqamətində 5 kilometr məsafəyə yayılıb.
Vulkan Paramuşir adasının şimal hissəsində yerləşib. Onun hündürlüyü 1 156 metrdir. Ebeko vulkanı 2016-cı il noyabr ayının ortalarında aktivləşmişdi.