...

Dağıstanda onlarla uşaq kəskin bağırsaq infeksiyası ilə xəstəxanaya yerləşdirilib

Dünya xəbərləri Materials 9 Oktyabr 2020 14:02 (UTC +04:00)
Dağıstanda onlarla uşaq kəskin bağırsaq infeksiyası ilə xəstəxanaya yerləşdirilib

Bakı. Trend:

Rusiyanın Dağıstan Respublikasında 42 uşaq kəskin bağırsaq infeksiyası ilə xəstəxanaya yerləşdirilib.

Trend-in məlumatına görə, bu barədə respublikanın Səhiyyə Nazirliyi bildirib.

Qeyd olunur ki, uşaqlardan 36-ı məktəbəqədər müəssisələrdən, dörd nəfəri isə məktəblərdən gətirilib.

Bəzi xəstələrin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Hazırda infeksiyanın mənbəyi ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti